Yunanıstanda Qərbi Nil virusu - DAHA 2 NƏFƏR ÖLDÜ
    • Bu gün, 17:52
    • 34

Yunanıstanda Qərbi Nil virusu - DAHA 2 NƏFƏR ÖLDÜ

Yunanıstan Milli Xalq Sağlamlığı Qurumunun (EODY) verdiyi açıqlamada avqustun ilk həftəsində daha 2 nəfərin virus səbəbilə öldüyü bildirilib.

News24.az xəbər verir ki, açıqlamada eyni həftədə 22 hadisənin aşkar edildiyi qeyd edilib və virusun ən çox Thessaly bölgəsində yayıldığı paylaşılıb.

Açıqlamada 2024-cü ildə bu iki nəfərlə virusdan ölənlərin sayının 8-ə yüksəldiyi və hadisələrin artacağı qiymətləndirilib.

Məryəm İlhamqızı