İnsan ayağını oğurlayıb yedi
    • 26-03-2024, 21:10
    • 418

İnsan ayağını oğurlayıb yedi

ABŞ-da insan ayağını oğurlayıb yeyən şəxs həbs edilib.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə martın 22-də cümə günü bir nəfəri qatarın vurduğu Kaliforniya ştatının Vasko şəhərində baş verib. 27 yaşlı Resendo Tellez hadisə yerinə digərlərindən tez gəlib və relslərdən kəsilmiş ayağı götürüb.

Ətrafdakı bir nəfərin çəkdiyi videoda Tellezin əlində insan ayağı səki ilə getdiyi və onu çeynəməyə çalışdığı görünür. Polis maşını ona çatanda isə o, kəsilmiş ayağı yerə atıb.

Tellez müqavimət göstərmədən polisə təslim olub.