Qazaxıstan Prezidenti Çinə gedəcək
    • 27-03-2024, 11:28
    • 110

Qazaxıstan Prezidenti Çinə gedəcək

Martın 28-29-da dövlət başçısı Qasım-Jomart Tokayev Çin Xalq Respublikasına işgüzar səfər edəcək və Boao Asiya Forumunun sessiyasında iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

Səfər proqramına Qazaxıstan Prezidenti ilə Çin Xalq Respublikasının rəhbərliyi, beynəlxalq təşkilatların və iri Çin şirkətlərinin rəhbərləri arasında bir sıra görüşlər daxildir.

Mehriban Mirzəzadə