Moody's Gürcüstanın suveren reytinqini “stabil”ləşdirdi
    • 27-03-2024, 21:49
    • 127

Moody's Gürcüstanın suveren reytinqini “stabil”ləşdirdi

Beynəlxalq reytinq agentliyi Moody's Gürcüstanın suveren reytinqini "Ba2" səviyyəsində təsdiqləyərək reytinqin proqnozunu "neqativ"dən "stabil"ə yüksəldib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatdan aydın olur ki, perspektivlərin yaxşılaşdırılmasının əsas səbəbi Gürcüstanın geosiyasi risklərə qarşı müqavimətidir. Moody's hesab edir ki, 2024-cü ildə Gürcüstan iqtisadiyyatı 5,5 faiz artacaq, gələcəkdə fiskal sabitlik qorunacaq və bu, aşağı borc nisbətini saxlamağa kömək edəcək.

Yanvarda Gürcüstanda ÜDM-in real artımı 5,8 faiz təşkil edib. 2023-cü ilin dekabrında parlament respublika iqtisadiyyatının 5,2 faiz artacağını proqnozlaşdıran 2024-cü ilin büdcəsini təsdiqləyib. 2024-cü ildə nominal ÜDM-in 85,4 milyard lari (təxminən 32 milyard dollar) olacağı gözlənilir. Adambaşına düşən ÜDM 22 min laridən (8,1 min dollardan çox) çox olacaq.