Whatsapp-da yeni funksiya
    • 27-03-2024, 18:50
    • 110

Whatsapp-da yeni funksiya

Whatsapp messencer İOS istifadəçiləri üçün videonu sürətli irəli və geri çəkmə funksiyasını artırılıb.

News24.az xəbər verir ki, bu barədə “WABetaİnfo” saytı məlumat yayıb.

Məlumata görə, seçimi aktivləşdirmək üçün videonun kənarına iki dəfə toxunmaq lazımdır.

Qeyd edək ki, messengerin dəyişikliklər jurnalına həmçinin çatlarda ani qeyd və video mesajların göndərilməsi funksiyaları da daxil edilib. Belə ki, istifadəçilər söhbətdə mətn sahəsinin yanındakı kamera düyməsini basıb video mesaj da göndərə bilərlər.

Mehriban Mirzəzadə