"Türk lirəsi bahalaşa bilər"
    • 1-04-2024, 17:42
    • 351

"Türk lirəsi bahalaşa bilər"

Goldman Sachs iqtisadçıları seçkidən sonra artan kapital axını ilə türk lirəsinin əvvəlki aylarla müqayisədə daha yaxşı performans göstərəcəyini gözləyirlər.

News24.az xəbər verir ki, Clemens Grafe də daxil olmaqla Goldman Sachs iqtisadçıları Türkiyədə yerli seçkilərin böyük ölçüdə rəqabətsiz keçəcəyini və mövcud iqtisadi siyasətlərin davam etdiriləcəyi mesajının bazarlar tərəfindən müsbət qarşılanacağını proqnozlaşdırıblar.

Hesabatda ilin əvvəlindən kapital axını və seçki ilə bağlı qeyri-müəyyənlik səbəbindən Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ehtiyatlarında ciddi itki olduğu xatırladılıb.

Ancaq cari siyasətlərin davam etdirilməsi ilə kapital axınının yaxın həftələrdə yenidən başlayacağı proqnozlaşdırılırdı. Cari balansdakı sürətli yaxşılaşmanın da təsiri ilə TL-nin əvvəlki aylara nisbətən çox daha yaxşı performans göstərəcəyi təxmin edilir.

Günel Məlikzadə