Uşağın nənəsindən ŞOK AÇIQLAMA:
    • 1-04-2024, 22:20
    • 141

Uşağın nənəsindən ŞOK AÇIQLAMA: "Ahmet gəzmək adı ilə uşağı evdən apardı..."

Martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində qızını boğaraq öldürən 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşilə bağlı bəzi təfərrüatlar məlum olub.

News24.az Sonxeber.az-a istinadla xəbər verir ki, Ahmet Turan Yeşilin qaynanası Azadə Abdullayeva ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə danışıb.

Azadə Abdullayeva bildirib ki, qızı Ahmetlə sosial şəbəkədə tanış olub:

"Onların rəsmi və dini nikahları Türkiyədə oldu. Ahmet çox yaxşı insan idi. Qızım da dəfələrlə Ahmetə deyirdi ki, çox dəyişmisən. Günay mənə deyirdi ki, ana Ahmet bizə qarşı çox dəyişib. 1 gün də evə gəlmədi. Ahmet qızına çox bağlı insan idi. Hətta özünün ölümünə razı olardı nəyinki qızının. Hər işdən gələndə uşaqları üçün bazarlıq edirdi. Ahmetin ailəsi qızıma qarşı çox yaxşı olub. Ahmet gəzmək adı ilə uşağı evdən apardı. Səhərə qədər zəng etdi cavab vermədi. Kürəkənim oteldə tutulub. Qızım deyir ki, Ahmet telefonda başqa qadınlarla danışır. Qızım Ahemtin ikinci ailəsi idi. Ahmetin birinci nikahından iki övladı var".