Müğənni Zeynəb sərvətini görün nəyə yatırır?
    • 4-04-2024, 21:22
    • 465

Müğənni Zeynəb sərvətini görün nəyə yatırır?

Məşhur müğənni Zeynəb Bastık sərvətinin böyük hissəsini nəyə xərclədiyini açıqlayıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, 30 yaşlı sənətçi qazancının çoxunu daşınmaz əmlaka yatırdığını deyib.

"Torpağa nə qədər yatırım etsək, özümü bir o qədər rahat hiss edirəm. Mənim üçün yatırım torpaqdır. Alış-verişə çox pul xərcləmirəm. Daha çox xarici ölkələrdən alış-veriş edirəm", - ulduz qeyd edib.

Xatırladaq ki, Türkiyə mətbuatının yazdığına görə, 29 yaşlı müğənni ötən ilin yanvarında 2 saatlıq Bakı konsertindən 300 min dollar gəlir əldə edib.