Lavrov Çinə getdi
    • 8-04-2024, 14:18
    • 132

Lavrov Çinə getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfərdədir. 

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səfər çərçivəsində Rusiya Xarici İşlər naziri Lavrov Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparacaq.

Tərəflər bir sıra “qaynar mövzular” və regional problemlər, o cümlədən Ukrayna böhranı və Asiya-Sakit Okean regionunda vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Bundan əlavə, nazirlər ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərini, həmçinin BMT, BRİKS, G20 və digər platformalarda əməkdaşlığı müzakirə edəcəklər.