Bayram tətilində: 38 ölüm, 5 min yaralı
    • 11-04-2024, 15:10
    • 158

Bayram tətilində: 38 ölüm, 5 min yaralı

Türkiyədə bayramın ilk 5 günündə 38 nəfər həyatını itirib, 5026 nəfər yaralanıb.

News24.az xəbər verir ki,Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada bayramın 5-ci günündə 618 yol-nəqliyyat hadisəsi baş verdiyini bildirib. 

Bayramın ilk 5 günündə ümumilikdə 3071 yol qəzasında 38 nəfərin öldüyünü, 5026 nəfərin isə yaralandığını qeyd edən Yerlikaya sürücü və sərnişinlərə belə xəbərdarlıq edib:

"Xahiş edirəm, sürəti çox artırmayaq. Nəqliyyat vasitələrimizdə və avtobuslarımızda təhlükəsizlik kəməri taxmağı unutmayaq. Yol hərəkəti qaydalarına əməl edək. Səyahətlər sizi ayırmaq üçün yox, sevdiklərinizə qovuşmaq üçün var. Xahiş edirəm, unutmayaq. "

Günel Məlikzadə