Bu qadınla yemək yeməyin saatı 1 milyon lirədir
    • 11-04-2024, 21:40
    • 248

Bu qadınla yemək yeməyin saatı 1 milyon lirədir


Məşhur aktrisa Məryəm Üzerli son günlərdə qatıldığı şam yeməyi ilə Türkiyə mediasında gündəm olub.

News24.az sağlamolun-a istinadla bildirir ki, bu barədə "TV8" də yayımlanan "Aramızda kalmasın" verlişində məlumat verilib.

Belə ki, Məryəmin pərəstişkarı olan Ər-Riyadlı bir ailə onu 4 saatlıq nahara dəvət edib.

Təklifi dəyərləndirən aktrisa 4 saata nə az, nə çox 4 milyon TL (315218 AZN) istəyib.

Beləliklə, Məryəm qatıldığı şam yeməyindən 4 milyon lirə ilə ayrılıb.

Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, Üzerli "Muhteşem Yüzyıl" serialında Hürrəm Sultan obrazı ilə məşhurlaşıb. Serial dünyanın 55 ölkəsində nümayiş olunub.