"Oğru dünyası" ilə əlaqəli 7 nəfər saxlanılıb
    • 12-04-2024, 23:22
    • 191

"Oğru dünyası" ilə əlaqəli 7 nəfər saxlanılıb

Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları məhkəmənin qərarı ilə "Oğru dünyası" ilə əlaqəli Tbilisi, Kareli və Qori şəhərlərində 7 nəfəri həbs ediblər.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, sözügedən şəxslər “oğrular aləmi”nə üzv olmaq, “oğrular toplantısında iştirak etmək”, “oğrular aləmi”nin fəaliyyətinə dəstək olmaq, “oğru dünyasının üzvünə müraciət etməkdə ittiham olunurlar.

Məlumata görə, təqsirləndirilən şəxslərdən 7-si "qanuni oğru"dur. Beş nəfərə qiyabi ittiham irəli sürülüb.

Nazirlikdən qeyd edilib ki, xaricdə yaşayan Gürcüstan vətəndaşı “oğrular dünyası”nın üzvlərindən pul müqabilində bir mübahisənin həllində ona köməklik göstərməyi xahiş edib. Təqsirləndirilən şəxs razılaşıb və sonra onun pulunu oğurlayıb. Bundan xəbər tutan kriminal aləmin nümayəndələri xaricdə yaşayan dörd “qanuni oğru”nu da məsələyə qarışdırıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.