-
- 13-04-2024, 17:27
- 291
Dünyanın ən uzun sözü - 65 hərf var
Müəyyən edilmiş rəyə görə, ən çətin dillərə ərəb, çin və yapon dilləri daxildir.
News24.az Lent.az-a istinadən xəbər verir ki, ən uzun söz rus və ya çin dilində deyil, alman dilində tapılıb. Bu söz 65 hərfdən ibarətdir.
Əslində, sözün özü çoxkomponentlidir. Mal-qaranın markalanması və onunla birlikdə dəli dana xəstəliyinin yayılmasının qarşısını almaq üçün vaksin barədə məlumat verir.
Bu söz belə yazılır – "Rindfleischetikettierungsueberwachungsaufgabenuebertragungsgesetz".
İkinci uzun söz 47 hərfdən ibarət “Donaudampfschifffahrtsgesellschaftskapitaenswitwe” kəlməsidir. Söz Dunay Gəmiçilik İdarəsinin kapitanının dul arvadı mənasını verir.