"Coachella" Festivalından - FOTOlar
    • 15-04-2024, 15:44
    • 187

"Coachella" Festivalından - FOTOlar

Hər il dünyanın hər yerindən minlərlə insanın qatıldığı Coachella Musiqi və İncəsənət Festivalı başlayıb. Dünyanın ən böyük açıq səma altında festivallarından biri hesab edilən festival bu il aprelin 12-14 və 19-21-də keçirilir.

News24.az xəbər verir ki, gələn həftə yeni adlara ev sahibliyi edəcək festivalın ilk həftəsonu arxada qaldı.

"Don't Speak" mahnısı ilə tanınan "No Doubt" qrupu uzun illərdən sonra yenidən bir araya gəlib.

Olivia Rodrigo dueti gecənin ən böyük sürprizi olub.

FESTİVALIN ƏN CƏLB EDƏN ŞOUSU

Özünəməxsus üslubu ilə adından söz etdirən amerikalı müğənni Doja Cat sürpriz qonaqları ilə səhnədə unudulmaz şou nümayiş etdirib.

Hit mahnıları yerinə yeni mahnılarını oxumağa üstünlük verən Doja Cat maraqlı rəqs hərəkətləri ilə adından söz etdirib.

Uill Smit SÜRPRİZ ETDİ

Son illərdə Oskar silləsi ilə adından söz etdirən Uill Smit  Coachella səhnəsində pərəstişkarlarını təəccübləndirib.

Latın müğənnisi J Balvinin çıxışı zamanı Smit səhnəyə "Qara geyimli adamlar" kostyumu ilə çıxıb. 1997-ci ildə çəkilmiş "Qara geyimli adamlar" filminin mahnısını oxuyub.

Kosmos temalı səhnədə mahnısını ifa edən Uill Smit üç Qara paltarlı adam filmində rol alıb.

Milyarder İlon Maskla münasibəti ilə adından söz etdirən Qrayms səhnədə uğursuzluqla üzləşib. Şənbə günü axşam səhnəyə çıxan Qraymsın çıxışı texniki nasazlıqlar üzündən bir neçə dəfə dayandırılıb.

Müğənni daha sonra X hesabında pərəstişkarlarından üzr istəyib.

Günel Məlikzadə