Ərdoğanla Şimşək arasında gərginlik var?
    • 16-04-2024, 21:15
    • 152

Ərdoğanla Şimşək arasında gərginlik var?

Cumhurbaşkanlığı Rabitə Müdirliyi Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) bəzi mətbuat orqanlarında yer alan "Prezident Ərdoğanla nazir Şimşək arasında problem var" iddialarına cavab verib.

News24.az xəbər verir ki, DMM-dən verilən açıqlamada ikisi arasında iddia edildiyi kimi heç bir gərginliyin olmadığı bildirilib.

Açıqlamada, "Ölkəmizin iqtisadiyyatının yol xəritəsini müəyyən edən Ortamüddətli Proqram və 12-ci İnkişaf Planı bu günə qədər olduğu kimi, qətiyyətlə davam etdiriləcək" deyilib.

Şimşək də sosial media hesabından haqqında yayılan xəbərlərlə bağlı açıqlama da verib.

Bir müddətdir saxta xəbərlərlə düşünülmüş gündəm yaratmağa çalışdıqlarını bildirən nazir Şimşək, “Bizim narahatçılığımız ölkəyə xidmət etməkdir, gündəmimiz məşğuldur. Ölkəmizin problemlərini həll etmək, bu çətin coğrafiyada potensialını və performansını artırmaq üçün çox iş görməliyik” dedi.

Prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadi idarəçiliyini tam dəstəklədiyini bildirən Şimşək iqtisadi proqramı daha da gücləndirəcəklərini bildirib.

Günel Məlikzadə