TikTok-un fəaliyyəti qismən dayandırıldı
    • 18-04-2024, 17:28
    • 143

TikTok-un fəaliyyəti qismən dayandırıldı

TikTok sosial şəbəkəsi Qırğızıstanda fəaliyyətini qismən dayandırıb. 

News24.az xəbər verir ki,  bu barədə Qızrğızıstan mediası məlumat yayıb.

Məlumata görə, TikTok-a həm mobil cihazlardan, həm də kompüterlərdən daxil olmaq demək olar ki, mümkün deyil. Sosial şəbəkədən videolar hələ də vaxtaşırı endirilsə də, bunun üçün kifayət qədər çox vaxt, təxminən 5-10 dəqiqə tələb olunur.

Qeyd edək ki, Bir neçə gün əvvəl Respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsi Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə TikTok-a girişin məhdudlaşdırılmasını tələb edib.

Bundan sonra Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında rabitə sənayesində tənzimləmə və nəzarət xidməti ölkənin provayderlərinə TikTok şəbəkəsinə istifadəçi girişini məhdudlaşdırmağı xahiş edən məktub göndərib.

Mehriban Mirzəzadə