21 yaşlı idmançı dünyasını dəyişdi
    • 22-04-2024, 13:36
    • 461

21 yaşlı idmançı dünyasını dəyişdi

Rusiyanın gənclərdən ibarət yığmasının voleybolçusu Arina Mixaylina 21 yaşında dünyasını dəyişib. 

News24.az bildirir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyası öz Telegram kanalında məlumat yayıb.

Onun axşam saatlarında qəflətən dünyasını dəyişdiyi bildirilib.

Qeyd olunur ki, Mixailina idman karyerası ərzində 17 yaşadək qızlar arasında Rusiya çempionatının qalibi olub. O, həmçinin Tələbə Spartakiadasında bürünc medal qazanıb.