Putin Fələstinlə bağlı çağırış etdi
    • 16-05-2024, 17:02
    • 106

Putin Fələstinlə bağlı çağırış etdi

Bölgədə artan gərginlik fonunda İsrail və Fələstin arasında münaqişənin həlli məsələsinin ədalətli həlli  xüsusi aktuallıq kəsb edir.

News24.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Bu faciəvi hadisələr fonunda Fələstin probleminin beynəlxalq səviyyədə tanınmış əsasda ədalətli həlli xüsusi aktuallıq kəsb edir”, - deyə prezident əlavə edib.

Putin Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin qonşu ölkələrdə və bütövlükdə regionda gərginliyin artmasına səbəb olduğunu vurğulayıb.

Mayın 16-da Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası və Çin hökumət başçılarının növbəti görüşünün Moskvada keçiriləcəyini  açıqlayıb . Dövlət başçısı qeyd edib ki, Rusiya və Çin hökumət başçılarının mütəmadi görüşləri öz səmərəliliyini, o cümlədən ən yüksək səviyyədə əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsində öz səmərəliliyini sübut edib.

Mehriban Mirzəzadə