İranda daşqınlar insanların ölümü ilə nəticələndi
    • 16-05-2024, 17:12
    • 100

İranda daşqınlar insanların ölümü ilə nəticələndi

İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 7 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidmətinin rəhbəri Həmidrza Kafiniya məlumat verib.

Onun sözlərinə görə, mayın 15-dən yanğından mühafizə xidmətinin əməkdaşları daşqından zərər çəkmiş sakinlərə yardım göstərməkdə davam edir.

Kafinia qeyd edib ki, axtarış-xilasetmə işləri davam edir.

Xorasan Rəzəvi vilayətinin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Möhsün Zakiriyan da öz növbəsində 12 nəfərin itkin düşmüş hesab edildiyinə aydınlıq gətirib.

Məşhəd bələdiyyəsinin başçısı Möhsün Daveri bildirib ki, daşqınlardan zərər çəkmiş ən azı 250 ailə şəhərin təhlükəsiz ərazilərinə təxliyə edilib.

Mehriban Mirzəzadə