ABŞ Konqresinin binasında kokain tapıldı
    • 16-05-2024, 17:46
    • 148

ABŞ Konqresinin binasında kokain tapıldı

ABŞ Konqres Polisi ölkə administrasiyasının mərkəzi olan Capitol Hill binasında içərisində kokain olan bir paket tapdıqlarını açıqlayıb.

News24.az xəbər verir ki, açıqlamada, sözügedən bağlamanın çox sayda insanın istifadə etdiyi ikinci mərtəbədəki dəhlizdə tapıldığı bildirilib.

Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi və bu çərçivədə paketi kimin qoyduğunun müəyyənləşdirilməsi üçün DNT testinin aparılacağı bildirilib.

Ağ Evdə də kokain tapılıb

Digər tərəfdən, 2 iyul 2023-cü ildə Ağ Evdə tapılan şübhəli maddənin testlər nəticəsində kokain olduğu üzə çıxıb.

Gizli Xidmətin 2022-ci ildə Ağ Evdə iki dəfə narkotik tapdığı iddia edilib.

Günel Məlikzadə