Məşhur aktyor jurnalisti yumruqladı - FOTO
    • 22-05-2024, 09:42
    • 252

Məşhur aktyor jurnalisti yumruqladı - FOTO

Son illərdə cinsi təcavüzdə ittiham olunan Depardye bu dəfə Romada fotomüxbirə hücum ittihamı ilə gündəmə gəlib.

News24.az bildirir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, Depardye dünən Romanın Via Veneto küçəsindəki məşhur məkanda dostları ilə nahar edərkən Barillarının şəkil çəkdirməsi onu narahat edib və fotomüxbirə yumruq atıb.

Ölkədə "paparassilər kralı" kimi tanınan Barillari "Messaggero" qəzetinə açıqlamasında bunları deyib:

"Depardye üzümə üç yumruq vurub. Başım ağrıyır. Artıq 15 yaşım yoxdu, 79 yaşım var. Oradayam. Via Venetoda gedərkən, o, gözəl bir xanımla tanış olub. Amma sonra yanıma gəlir və sifətimə üç yumruq vurur, düşünürəm ki, bu barədə polisə məlumat verəcəm”. 

Fotomüxbirə yardım edən məkanın sahibi Piero Lepore mətbuata açıqlamasında belə səhnələrin əvvəllər də yaşandığını bildirib.

Günel Məlikzadə