Blinkendən İsrailə Rəfah xəbərdarlığı
    • 23-05-2024, 09:36
    • 147

Blinkendən İsrailə Rəfah xəbərdarlığı

ABŞ dövlət katibi Antoni Blinken Nümayəndələr Palatasında büdcə iclasında Qəzza və Rəfahdakı son vəziyyətlə bağlı sualları cavablandırıb.

News24.az xəbər verir ki, İsraili etibarlı və mümkün hərtərəfli plan olmadan Rəfaha böyük bir hücuma qarşı bir daha xəbərdar edən Blinken, bölgədə 1,5 milyona yaxın fələstinli mülki vətəndaşın olduğunu və belə bir ərazinin işğalının ciddi nəticələri olacağını vurğulayıb.

Blinken, "İsrail qalan batalyonları (HƏMAS-ın) məhv etmək üçün bütünlüklə Rəfaha girərsə, problem həll olunmayacaq. Belə bir hücumdan sonra belə minlərlə silahlı Həmas üzvü, yəni, İsrailə böyük bir müqavimət miras qalacaq" qiymətləndirməsini edib.

İsrailin indiyə qədər onlara Rəfaha hücumla bağlı hərtərəfli plan təqdim etmədiyini xatırladan Blinken, belə bir plan olmadan irəliləmənin çox çətin olacağını, bunun əvəzinə yalnız HƏMAS üzvlərini aradan qaldırmaq üçün bəzi planlar təqdim etdiklərini bildirib.

ABŞ-ın təklif etdiyi perspektivin yalnız HƏMAS-ı hədəf aldığını və bölgədəki mülki insanlara dəyən zərəri azaltmağı hədəflədiyini müdafiə edən Blinken, Rəfahla bağlı narahatlıqlarını hər görüşdə İsraillə bölüşdüklərini bildirib.

Günel Məlikzadə