Bu məktəb 556 ildir ki, fasiləsiz təhsil verilir
    • 25-05-2024, 18:15
    • 235

Bu məktəb 556 ildir ki, fasiləsiz təhsil verilir

Fəlakətlər və zəlzələlər istisna olmaqla təhsilini fasiləsiz davam etdirən Hocailyas Orta məktəbi Türkiyənin ən qədim təhsil ocaqlarından biridir.

News24.az Lent.az-a istinadən xəbər verir ki, məktəbin direktor müavini Ömər Kadri Bozeli, "Bu, tarixi binadır və 1468-ci ildə Hocailyaszadə tərəfindən bağışlanmışdır. Məktəbimiz Türkiyədə ən uzun müddət təhsil verən yeganə təhsil müəssisəsidir" deyib.

1468-ci ildə Hocailyas Mehmet Çələbi tərəfindən qurulan, əvvəllər "Hocailyaszade Vakıf Mekteb" olaraq bilinən, bu gün Hocailyas Orta Məktəbi adı ilə fəaliyyət göstərir. Osmanqazi rayonunda, Tarixi Qapalı Çarşının yaxınlığında yerləşən məktəb bu gün 620 şagird və 40 müəllimlə təhsilini davam etdirir.