Ermənistanın bu hissəsi su altında qaldı: ölən var
    • 26-05-2024, 11:55
    • 322

Ermənistanın bu hissəsi su altında qaldı: ölən var


Ermənistanda Debed çayı daşaraq bir sıra fəsadlar törədib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, daşqın nəticəsində Vanadzor-Alaverdi avtomobil yolunun bir hissəsi uçub. Ayrum stansiyası yaxınlığındakı küçədə bir sıra evləri su basıb. “Opel” markalı minik avtomobili çaya düşüb və 1 nəfər ölüb.

Alaverdidə evləri su basıb.