Sabah Bakıda güclü külək olacaq
    • 26-05-2024, 20:02
    • 191

Sabah Bakıda güclü külək olacaq

Küləkli hava şəraiti barədə xəbərdarlıq elan edilib.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında mayın 27-si günün birinci yarısında şimal-qərb küləyinin qısamüddətə 15-20 m/s-dək güclənəcəyi gözlənilir.