Atletimiz qızıl medal QAZANDI
    • 26-05-2024, 22:30
    • 252

Atletimiz qızıl medal QAZANDI


Azərbaycan atleti Anna Skidan Fransanın Forbak şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli yarışında çəkicatma növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

News24.az Unikal-a istinadla xəbər verir ki, idmançının göstəricisi 71,98 metr olub.

Xatırladaq ki, daha əvvəl Skidan Norveçin Bergen şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Trond Mohn Oyunlarında qızıl medal qazanmışdı.