Bahar Candan həbsxanaya qayıtdı
    • 27-05-2024, 13:47
    • 241

Bahar Candan həbsxanaya qayıtdı

16 noyabr 2023-cü ildə Küçükçekmece Respublika Prokurorluğu tərəfindən "cinayət gəlirlərinin yuyulması" iddiası ilə aparılan istintaq çərçivəsində həbs edilən Alisya Bahar Candan saxlanıldığı Mərmərə Həbsxanasından köçürülüb. 24 Mayda özünə zərər verdikdən sonra Silivri Dövlət Xəstəxanasına aparılıb.

News24.az xəbər verir ki, özünə zərər verdiyi iddia edilən Candan müalicəsi tamamlandıqdan sonra bu gün yenidən həbsxanaya qayıdıb.

Qeyd edək ki, onun bacısı, ictimaiyyət arasında Nihal Candan kimi tanınan Gülnihal Çiçəyin də həbsxanada səhhətində problemlər yaranıb və 37 kiloya düşdüyü üçün sərbəst buraxılıb.

Günel Məlikzadə