Ölkənin ən qanlı seçkisi
    • 3-06-2024, 09:48
    • 157

Ölkənin ən qanlı seçkisi

99 milyondan çox seçicinin səs verdiyi Meksika seçkilərində bir ilk olub.

News24.az xəbər verir ki, keçmiş prezident Andres Manuel Lopez Obradorun da dəstəyini alan Klaudiya Şeynbaum seçkilərin qalibi olub.

61 yaşlı siyasətçi rəqibi, müxalifətin namizədi Xochitl Galvezi geridə qoymağı bacarıb.

Qeyd edək ki, Şeynbaum sentyabrda prezident kimi fəaliyyətə başlayacaq.

Seçicilər prezidentlə yanaşı, federal, yerli səviyyələrdə 500 deputat, 128 senator və 20 708 vəzifə üçün də seçim ediblər.

Eyni zamanda, sui-qəsdlər seçkilərdə öz izini qoyub. Sui-qəsdlər nəticəsində ümumilikdə 38 siyasətçi həyatını itirib.

Beləliklə, 2024-cü il seçkiləri ölkənin ən qanlı seçkiləri kimi qeydə alınıb.

Günel Məlikzadə