Rusiyadan ABŞ-a: “Putinin xəbərdarlıqlarına qulaq asın”
    • 3-06-2024, 18:09
    • 118

Rusiyadan ABŞ-a: “Putinin xəbərdarlıqlarına qulaq asın”

ABŞ prezidenti Co Bayden keçən həftə Rusiyadakı hədəfləri vurmaq üçün Ukraynanın Xarkov vilayətindən ABŞ tərəfindən təchiz edilmiş silahların istifadəsinə icazə verib.

News24.az xəbər verir ki, bu qərardan sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

"Mən Amerika liderlərini ölümcül nəticələrə səbəb ola biləcək səhv hesablamalara qarşı xəbərdar etmək istəyirəm. Səbəbini bilmirəm, lakin onlar qarşılaşa biləcəkləri reaksiyanın şiddətini lazımi səviyyədə qiymətləndirmirlər", - Ryabkov dövlət xəbər agentliyinin məlumatına əsasən bildirib.

Rusiya xəbər agentlikləri Ryabkova istinadən Rusiyanın erkən xəbərdarlıq radar sistemlərinin hücum cəhdlərinin qarşısını alacağını və Moskvanın belə addımlara asimmetrik reaksiya verə biləcəyini bildirib.

Kiyevdəki kəşfiyyat mənbəsi ötən həftə Ukraynaya məxsus pilotsuz təyyarənin Rusiyanın dərinliklərində erkən xəbərdarlıq sisteminin bir hissəsi olan uzaq mənzilli radarı hədəf aldığını bildirib.

Ötən həftə Rusiya prezidenti Vladimir Putin NATO ölkələrinin odla oynadığını və daha dərin qlobal münaqişə riski ilə üz-üzə qaldığını bildirib.

Bu, Moskvanın eskalasiya riski ilə bağlı bir neçə xəbərdarlığından biridir.

Ryabkov ABŞ-ın silah qərarının diqqətsiz bir qərar olduğunu eyham edərək, "Yanışmalarının yüngüllüyünə görə, mən onları video oyunlara sərf etdikləri vaxtın bir hissəsini Putinin dediklərini ətraflı öyrənmək üçün sərf etməyə çağırıram" deyib.

O əlavə edib ki, Putin “çox vacib xəbərdarlıq edib və buna son dərəcə ciddi yanaşmaq lazımdır”.

Günel Məlikzadə