Sərt xəbərdarlıq: “Nəticəsi ölümcül olacaq”
    • 3-06-2024, 16:25
    • 138

Sərt xəbərdarlıq: “Nəticəsi ölümcül olacaq”

Rusiya ABŞ-ni ölümcül nəticələrə səbəb ola biləcək səhvlərə yol verməməyə çağırıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna üçün Rusiya ərazisinə qarşı ABŞ silahlarının istifadəsinə qoyulan qadağanın ləğvi qərarını şərh edərkən deyib.

“Naməlum səbəblərdən alacaqları reaksiyanın ciddiliyini lazımınca qiymətləndirmirlər”, - rusiyalı diplomat bildirib.

Ryabkov Amerika rəsmilərini vaxt ayırıb Prezident Vladimir Putinin dediklərini öyrənməyə çağırıb: “Bu, olduqca önəmli xəbərdarlıqdır və son dərəcə ciddi yanaşmaq lazımdır”.