İki qatar toqquşdu – XEYLİ SAYDA ÖLƏN VƏ YARALANAN VAR
    • 6-06-2024, 09:26
    • 256

İki qatar toqquşdu – XEYLİ SAYDA ÖLƏN VƏ YARALANAN VAR

Çexiyanın mərkəzi hissəsində yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.

News24.az xəbər verir ki, bu barədə iDNES xəbər portalı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, bəzi zərərçəkənlərin vəziyyəti ağırdır. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir, 36 yanğınsöndürmə briqadası və iki helikopter cəlb olunub.

Hadisənin başvermə səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə