Taysonu əvəzləmək istəyir: "İdeal namizədəm"
    • 6-06-2024, 19:44
    • 231

Taysonu əvəzləmək istəyir: "İdeal namizədəm"

Yüngül ağır çəki dərəcəsində keçmiş mütləq dünya çempionu Roy Cons Jr səhhətində problem olan keçmiş mütləq dünya çempionu Mayk Taysonu Ceyk Pol ilə döyüşdə əvəz edə biləcəyini söyləyib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə “BoxingScene”-ə açıqlama verib:

“Bəlkə formaya düşəcəm. Əvvəllər bu barədə heç düşünməmişdim, amma indi döyüş təxirə salındığından, məncə, bu, əla ideyadır. Mən ən yaxşı formada hazır olacam, çünki döyüş baş tutmalıdırsa, Taysonu əvəz etmək üçün ideal namizəd mənəm. Bu barədə artıq düşünmüşəm.

Pol ilə necə döyüşəcəyimi düşünmürdüm. Mən ən yaxşı olmağa çalışan insanam. Yalnız daha güclü olmağı düşünürəm. Ceyk ilə yəqin ki, onilliyin ən böyük döyüşlərindən biri olacaq görüşə hazırlaşmaq məntiqlidir”.

Qeyd edək ki, Tayson və Pol iyulun 20-də ABŞ-ın Dallas şəhərində döyüşməlidir.