Azərbaycanda pişiyin ayağını CADU ÜÇÜN KƏSİBLƏR – VİDEO
    • 6-06-2024, 22:44
    • 156

Azərbaycanda pişiyin ayağını CADU ÜÇÜN KƏSİBLƏR – VİDEO

Gəncə sakini öz evinin qapısını sahibsiz və yaralı heyvanlar üçün açıb. 45 yaşlı Küşvər Məmmədova xəstəliyi olan hər hansı bir yara almış heyvanları öz evində müalicə edir. Bu xanım həmin heyvanlar sağaldıqdan sonra onlara sahiblik edir.

News24.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsində dərs deyən xanım "Apa TV-yə danışıb". O uşaq yaşlarından heyvanlara qayğı göstərib. Amma son 1 ildə heyvanların sağlamlığı və baxımı ilə ciddi şəkildə məşğul olur:

"Gördüyüm xəstə və yaralı heyvanları müalicə edirəm. Edə bilməyəndə isə çox zaman həkimə aparıram. O kömək edir və mən daha sonra heyvanları evə gətirirəm. Qidalarını bacardığım qədər təmin etməyə çalışıram. Bundan başqa evdə olanlara evdə baxıram".

Heyvansevər xanım yaşadığı evin həyətində sağalan heyvanların qalması üçün şərait yaradıb.

Ətraflı "Apa TV"nin süjetində: