Türkiyə F-16 satışını qəbul etdi
    • 7-06-2024, 10:44
    • 157

Türkiyə F-16 satışını qəbul etdi

ABŞ Dövlət Departamenti Türkiyənin ABŞ-dan F-16 döyüş təyyarələrinin alınması ilə bağlı təklif və qəbul məktubunu imzaladığını açıqlayıb.

News24.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, "Türkiyə F-16-ların alınması üçün təklif və qəbul məktubunu imzaladı. Bu satış NATO ilə birgə əməliyyat qabiliyyətinə investisiyadır. ABŞ, Türkiyə və NATO-nun təhlükəsizlik maraqlarını dəstəkləyəcək. Bu satışın yekunlaşması üçün bir qədər vaxt lazım idi" deyib.

Proses çərçivəsində Türkiyənin ABŞ-dan 40 ədəd yeni F-16 Block 70 döyüş təyyarəsi və mövcud donanmanın yenilənməsi üçün 79 ədəd F-16 modernizasiya dəsti alması planlaşdırılır.

Qeyd edək ki, Türkiyə İsveçin NATO üzvlüyünü təsdiqlədikdən sonra ABŞ administrasiyası Türkiyəyə 20 milyard dollarlıq F-16 qırıcılarının satışını dəstəklədiyini açıqlayıb və ABŞ prezidenti Co Bayden ABŞ Konqresini satışı təsdiqləməyə çağırıb.

Günel Məlikzadə