EA FC24-ə rəqib olacaq
    • 7-06-2024, 14:53
    • 151

EA FC24-ə rəqib olacaq

EA FC 24-ə rəqib olaraq inkişaf etdirilən futbol oyunu UFL, açıq betada istifadəçilərlə görüşüb.

News24.az xəbər verir ki, keçən ilin dekabrında Ronaldo tərəfindən 40 milyon dollar sərmayə alan Xbox Series S/X və PlayStation 5 istifadəçiləri üçün pulsuz buraxılıb.

"HƏYƏCANLIYAM"

Kriştiano Ronaldo 40 milyon dollarlıq sərmayədən sonra UFL ilə yeni tərəfdaşlığı haqqında deyib: "Mən bu layihənin bir hissəsi olmaqdan həyəcanlıyam, çünki bu, UFL futbol oyunlarında yeni bir janr ola bilər".

Unreal Engine oyun mühərriki ilə hazırlanmış UFL, həmçinin 65.000-dən çox peşəkar futbolçunu təmsil edən qlobal təşkilat olan FIFPro və idman performansını təhlil edən InStat şirkəti ilə əməkdaşlıq etmişdir.

Bu tərəfdaşlıqlar sayəsində oyundakı hər bir futbolçu üçün aktual statistika təqdim edəcək.

Ronaldo öz paylaşımını X hesabında paylaşıb: "UFL oyununun Açıq Beta versiyası bu gün başlayır. Onu PS5 və Xbox Series-də pulsuz sınaqdan keçirin". 

Günel Məlikzadə