650 kilo ət məhv edildi
    • 8-06-2024, 11:13
    • 209

650 kilo ət məhv edildi

Türkiyədə Adıyaman Kənd Təsərrüfatı və Meşə İl Müdirliyi qrupları, şəhər mərkəzindəki bəzi qəssablarda vərəmli ətlərin satıldığı xəbərini alıb.

News24.az xəbər verir ki, qruplar təyin olunmuş 3 qəssabdan götürdükləri nümunələri Adana Baytar Nəzarət İnstitutu Müdirliyinə göndəriblər.

Müayinə zamanı ətdə vərəm olduğu müəyyən edilib.

Nəticədə, yığılmış 650 kiloqram ət bərk məişət tullantıları sahəsində məhv edilib.

Günel Məlikzadə