Məşhur qrup üzvü məşq otağında ölü tapıldı
    • 8-06-2024, 18:08
    • 194

Məşhur qrup üzvü məşq otağında ölü tapıldı

Kaliforniyanın “Nebula” qrupunun 32 yaşlı üzvü musiqiçi Miguel Rodriguez Sironi çərşənbə günü səhər qrupun İtaliyada qastrol səfəri zamanı Romadakı Talenti məşq otağında ölü tapılıb.

 Hadisədən sonra qrup çıxışlarını ləğv edib.

Məhkəmə-tibb ekspertinin ilkin qənaətinə görə, onun bədənində zorakılıq əlamətləri aşkar edilməyib. Hazırda intihar fərziyyəsi də rədd edilir. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Media bu hadisə ilə bağlı bir məqama diqqət çəkib. Belə ki, Sironi qrupda uzun müddət çıxış edən və ötən ilin sentyabrında 48 yaşında dünyasını dəyişən bas gitaraçı Tom Devisi əvəz edib. Onun ölüm səbəbi leykoz olub. (Publika.az)