İki avtomobil toqquşdu - biri azyaşlı olmaqla, 2 nəfər öldü
    • 9-06-2024, 15:09
    • 2 985

İki avtomobil toqquşdu - biri azyaşlı olmaqla, 2 nəfər öldü


Lənkəranda qəzada ölənlərin sayı iki nəfərə çatıb.

News24.az APA-ya istinadən bildirir ki, qəza nəticəsində xəsarət alan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilib.

Həkimlər qəza nəticəsində ağır xəsarət alan 9 yaşlı uşağın həyatını xilas edə bilməyiblər.