Dayı 7 yaşlı bacısı oğlunu öldürdü - Azərbaycanda dəhşət
    • 11-06-2024, 10:58
    • 401

Dayı 7 yaşlı bacısı oğlunu öldürdü - Azərbaycanda dəhşət

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Pərioğullar kəndinin ərazisində yerləşən fermada çoban işləyən İmişli rayon sakini 1985-ci il təvəllüdlü Natiq Babayev bacısı oğlu 2017-ci il təvəllüdlü Anar Əhmədovu ağacla döyərək öldürüb.

N.Babayev polislər tərəfindən saxlanılıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.