Bu saatlarda çölə çıxmayın - XƏBƏRDARLIQ
    • 12-06-2024, 14:42
    • 282

Bu saatlarda çölə çıxmayın - XƏBƏRDARLIQ

Həddindən artıq isti Türkiyəyə də təsir edib. 

News24.az xəbər verir ki, Sakarya Böyükşəhər Bələdiyyəsi isti havalarla bağlı vətəndaşlara əhəmiyyətli xəbərdarlıq edib.

Mövsümi normalardan 8-12 dərəcə yuxarı qalxacaq və 40 dərəcəyə çatacaq temperaturun insan sağlamlığına təhlükə yarada biləcəyini xatırladan Böyükşəhər Bələdiyyəsi vətəndaşlara “evdə qalın və günəşə çıxmayın” xəbərdarlığını edib.

“Normaldan yuxarı olan isti hava şəraiti ilə əlaqədar vətəndaşlarımızdan, xüsusilə yaşlılar, xroniki xəstəlikləri olanlar, hamilə qadınlar və uşaqlardan saat 16.00-a qədər açıq yerlərdə olmamaq və zərurət olmadıqca küçəyə çıxmamaqda diqqətli olmalarını xahiş edirik". deyə xəbərdarlıq edilib.

Günel Məlikzadə