Yer üzündəki cəhənnəm - FOTOlar
    • 12-06-2024, 16:55
    • 372

Yer üzündəki cəhənnəm - FOTOlar

Dünyanın ən böyük həbsxanalarına ev sahibliyi edən El Salvadorda dəstə üzvü olmaqda günahlandırılan 2 min məhbus müxtəlif həbsxanalardan ölkənin meqa həbsxanasına köçürülüb.

News24.az xəbər verir ki, yüzlərlə məhbusu həyətdə əlləri başlarının üstündə tutaraq yerə oturtdular. Qeyd olunub ki, saxlanılan şəxslər yalnız alt paltarında oturub, ayaqları zəncirlənib.

Məhkumların göndərildiyi nəhəng həbsxananın tutumu 40 minə çatır. Nəhəng həbsxana kompleksi 410 hektar ərazini əhatə edir.

Dəstələrə qarşı mübarizə məqsədi ilə tikilən və Amerika qitəsinin ən böyük həbsxanası olduğu deyilən “Terrorun qarşısının alınması mərkəzi” prezident Bukele tərəfindən açılıb.

Qeyd edək ki, həbsxana gecə-gündüz 600 əsgər və 250 polis tərəfindən qorunur.

Burada dustaqların istifadə etdikləri dəmir çarpayılarda heç bir yastıq yoxdur.

Prezident Nayib Bukele tikdirdiyi bu həbsxananı ölkəsinin bandalarla mübarizəsinin simvolu kimi görür.

2022-ci ildə cinayətkar dəstələrə aid edilən qətllər dalğasının ardınca 80 min insan saxlanılıb və görünməmiş böyüklükdə həbsxana tikilməsi qərara alınıb.

Onu da bildriək ki, El Salvador dünyada cinayət nisbətinin ən yüksək olduğu ölkələrdən biridir.

Salvador hökumətinin bandalara qarşı apardığı müharibə çərçivəsində şübhəlilərin kütləvi saxlanması insan haqları təşkilatları tərəfindən sərt şəkildə tənqid edilib.

Qeyd olunur ki, bəzi şübhəlilər heç bir cinayətdə ittiham olunmadan həbsxanada saxlanılır.

Günel Məlikzadə