Helikopter qəzaya uğradı: Göyərtədə olanlardan xəbər-ətər yoxdur
    • 13-06-2024, 12:00
    • 132

Helikopter qəzaya uğradı: Göyərtədə olanlardan xəbər-ətər yoxdur

Çinin cənub-şərqindəki Kaynxi əyalətində içərisində 3 nəfərin olduğu helikopterin qəzaya uğradığı bildirilib.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyindən bildirilib. Məlumata görə, helikopterdə olan şəxslərdən hələ ki, xəbər yoxdur.

Helikopterin Şangrao əyalətinin Huangqanq şəhəri yaxınlığındakı dağlıq ərazidə qəzaya uğradığı təxmin edilir. Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.