38 il sonra bəraət qazandı
    • 13-06-2024, 12:56
    • 295

38 il sonra bəraət qazandı

1983-cü ildə ABŞ-ın Florida ştatının Tampa şəhərində Barbara Grams adlı 19 yaşlı gənc qadın işdən qayıdarkən zorlanıb və öldürülüb. Bölgədəki şübhəli şəxsləri müayinə edən qruplar, gənc qadının öldürüldüyü yerə bilmədən gələn Robert DuBoise bütün şübhələrin mərkəzinə çevrilib.

News24.az xəbər verir ki, DuBoise 1985-ci ildə diş həkimi qurbanın yanaqlarında tapılan dişləmə izinin Robertin dişləri ilə uyğun olduğunu dedikdən sonra ölüm cəzasına məhkum edilib. Amma sonradan bu cəza ömürlük həbslə əvəzlənib.

"İtirdiklərimi heç nə geri qaytara bilməz"

38 ildən sonra Robert 2020-ci ilin sentyabrında DNT sübutları onun cinayətləri törətmədiyini müəyyən etdikdən sonra bəraət qazanıb.

Nahaq yerə həbs edilən insanlara həbsxanada qaldıqları müddət üçün pul ödəyən Florida ştatı, təmiz əllər qaydası səbəbilə Roberti pulu almaq üçün mübarizə aparmağa məcbur edib.

Lakin daha sonra məhkəmə DuBoise-ə 14 milyon dollar ödəməyə qərar verib.

2020-ci ildə verdiyi müsahibədə "Mən xoşbəxtəm ki, həyatımın daha çox ilini bunun arxasınca sərf etmək məcburiyyətində deyiləm. Pul, evlər, maşınlar, bunların heç biri itirdiklərimi geri qaytara bilməz" Robert deyib.

"Mən yalnız sağ qalmaq haqqında düşünürəm"

Robert bu yaxınlarda Reddit-də təcrübələri ilə bağlı sualları cavablandırıb.

Bir istifadəçi haqsız yerə həbs olunmağın onu necə qəzəbləndirdiyini soruşduqda, Robert qəzəbin həyatını və düşüncələrini idarə etməsinə imkan vermədiyini bildirib.

Başqa bir istifadəçi Robertin həbsxanadan çıxandan sonra ilk nə etmək istədiyini soruşduqda, Robert bildirib ki, o, günahsızlığını sübut etməyə o qədər diqqət yetirib ki, əyləncə haqqında düşünmür və əslində yalnız sağ qalmaq haqqında düşünür.

"TELEFONDAN İSTİFADƏ ETMƏK ÇOX ÇƏTİNDİR"

O, həbsdən çıxandan sonra onu ən çox təsirləndirən şeyin texnoloji dəyişiklik olduğunu da ifadə edərək, ilk dövrlərində smartfonla vaxt keçirməyin və onun imkanlarına heyranlıqla istifadə etməyin çətin olduğunu etiraf edib.

Robert həbsxanada ölməyə razı olduğunu, lakin həqiqətin ailəsi üçün ortaya çıxmasını istədiyini söyləyib.

Günel Məlikzadə