Ayı avtomobili məhv etdi
    • 14-06-2024, 15:46
    • 221

Ayı avtomobili məhv etdi

Kanadanın Ontario ştatındakı Larder Leyk bölgəsində gecə saatlarında ayı park edilmiş avtomobildə yatmağa gedib. Nəqliyyat vasitəsinin sahibi Kayla Ketrin Syuard və əri ayı ön oturacaqda yatarkən lentə alıblar.

News24.az xəbər verir ki, Sevard arvadının ayını bayıra buraxmaq üçün maşının qapısını açdığını və ayının bir müddət sonra nəqliyyat vasitəsini tərk etdiyini bildirib. Səhər maşınına baxış keçirən Syuard ayının oturacaqları və avtomobilin ön hissəsini cırdığını görüb.

Ayının maşının qapısını ağzı ilə açdığını, sonra içəriyə kilidləndiyini təxmin etdiklərini bildirən Syuard keçən il də avtomobilə ayı girdiyini bildirib.

Bu il maşınına girən ayının eyni ayı olduğunu düşündüyünü qeyd edən Sevard, əvvəlki hadisədə də maşınına girən ayının məmurlar tərəfindən ərazidən uzaqlaşdırıldığını, ancaq ayının geri dönərək qisas aldığını bildirib.

Günel Məlikzadə