AFFA-da kadr "islahat"ı başladı
    • 14-06-2024, 19:10
    • 263

AFFA-da kadr "islahat"ı başladı

AFFA-da yeni təyinat reallaşıb.

News24.az bildirir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, “Neftçi”nin sabiq əməkdaşı Aysu İbrahimli assosiasiyanın Makrketinq Departamentinə rəhbər təyin olunub.

Doğrudur, hələ bir müddət əvvəl "Futbolxəbər.az" bu keçidin baş tutduğu barədə xəbər yaymışdı. Ancaq sabiq kommunikasiya departamentinin rəhbərinin təyinatı nədənsə, rəsmiləşmirdi. 

Nəhayət, Aysu İbrahimlinin AFFA-nın Marketinq Departamentinə keçidi reallaşıb. Xanım rəhbər yeni iş yerində kollektivə iyulun 1-də təqdim olunacaq. 

Xatırladaq ki, AFFA-nın hazırkı prezidenti Rövşən Nəcəf daha əvvəl "Neftçi"nin Müşahidə Şurasının sədri olub.