Keçmiş baş nazirin dostu itkin düşdü - Xilasedicilər işləyir
    • 14-06-2024, 16:35
    • 156

Keçmiş baş nazirin dostu itkin düşdü - Xilasedicilər işləyir

Krasnoe Selo bələdiyyəsinin sabiq sədri Sergey Koloşinski Kronştadt ərazisində yoxa çıxıb.

News24.az xəbər verir ki, Sankt-Peterburqda balıq tutarkən yoxa çıxan keçmiş bələdiyyə rəhbəri Sergey Koloşinskini axtarırlar.

Məlumata görə, 77 yaşlı sabiq bələdiyyə sədri ötən cümə axşamı, iyunun 13-də Kronstadtdakı bəndin ərazisinə balıq tutmağa gedib və hələ də geri qayıtmayıb. Hazırda keçmiş məmurun itkin düşdüyü yerdə xilasedicilər işləyir.

Qeyd edək ki, Koloşinski karyerası ərzində Rusiya Federasiyası Hesablama Palatasının ekspert-məsləhət şurasının üzvü olub. 2009-cu ilin yazında Krasnoye Selo şəhərinin bələdiyyə sədri vəzifəsinə seçilib. Sonrakı iki çağırışda isə deputat olub. O, Hesablama Palatasının keçmiş sədri, Rusiyanın keçmiş baş naziri Sergey Stepaşinlə də dostluğu ilə tanınır.