Avtomobilin traktoru ötmək istəyi faciə ilə nəticələndi
    • 19-06-2024, 22:24
    • 393

Avtomobilin traktoru ötmək istəyi faciə ilə nəticələndi


Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

VAZ-21011 markalı avtomobil "Belarus" markalı traktoru ötmək istəyərkən onun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində VAZ-21011 markalı avtomobildə olan sərnişinlər, Hunanlar kənd sakinləri - 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıblar.

Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.