Tanınmış aşpaz görün niyə həbs edildi - FOTO
    • 20-06-2024, 10:48
    • 381

Tanınmış aşpaz görün niyə həbs edildi - FOTO

Moskvada 120-dən çox insan botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənmə halları Nijni Novqorod vilayətində və Tatarıstanda da qeydə alınıb.

News24.az xəbər verir ki, Moskvanın Zamoskvoretski Məhkəməsi kütləvi zəhərlənmə işi ilə bağlı Tacikistan vətəndaşı, “Savon-K”-nın aşpazı Kərim Normatovu avqustun 15-dək həbs edib. Normatov iyunun 19-da səhər saatlarında saxlanılıb. Müstəntiqlərin fikrincə, Tacikistan vətəndaşı Kərim Normatov və iş üzrə digər təqsirləndirilən şəxslər təhlükəsizlik tələblərini pozaraq qabaqcadan əlbir olublar. Məhkəmənin mətbuat xidmətinin məlumatına görə, onlar Samokat onlayn mağazası vasitəsilə satdıqları ən azı 2336 porsiya Lobio istehsal ediblər. İstintaq Komitəsi vurğulayır ki, aşpaz iyunun 18-də saxlanılan Savon-K şirkətinin faktiki rəhbəri Vladimir Şinin göstərişlərinə əməl edib.

Qeyd edək ki, Vladimir Şindən əlavə, “Rayonda Mətbəx” çatdırılma xidmətinin baş direktoru Anton Lozin və “LocalKitchen” keyfiyyət şöbəsinin müdiri Yelena Maşkova kütləvi zəhərlənmə səbəbindən saxlanılıb. Ötən həftə vətəndaşların sinir sistemini təsir edən yoluxucu xəstəlik olan botulizm əlamətləri ilə kütləvi şəkildə Moskva və bölgədəki xəstəxanalara müraciət etməsindən sonra cinayət işi açılıb. Rospotrebnadzor bildirib ki, zəhərlənənlərin hamısı “LokalKitchen” MMC-nin lobio salatı, “Gastroport” MMC-dən isə tuna, lobya və alma ilə salat yeyiblər. 

Günel Məlikzadə