İldırım düşdü: Çoban və 50 qoyun öldü
    • 20-06-2024, 12:05
    • 321

İldırım düşdü: Çoban və 50 qoyun öldü

Dağıstanda ildırım vurması nəticəsində 37 yaşlı çoban və 50-dən çox qoyun həlak olub.

News24.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Noqay bölgəsində baş verib. Bildirilir ki, kişi tufan zamanı heyvanları otarırmış, bu zaman baş verən təbiət hadisəsi çobanın və heyvanların ölümünə səbəb olub.