FACİƏ: Moskvada 17 yaşlı qız qatar altına düşdü
    • 20-06-2024, 21:02
    • 233

FACİƏ: Moskvada 17 yaşlı qız qatar altına düşdü

Rusiyanın paytaxtı Moskvada 17 yaşlı qızı qatar vuraraq öldürüb.

News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, faciə mayın 18-i günorta saatlarında baş verib.

Podlipki-Daçnye dəmir yolu stansiyasının yaxınlığında elektrik qatarı 17 yaşlı qızı vurub.

Müstəntiqlərin dediyinə görə, mərhum dəmir yolu üzərindən böyük bir gölməçənin ətrafından keçmək istəyib və yaxınlaşan qatarın fərqinə varmayıb. Təqsirli bilinənləri 5 ilə qədər həbs gözləyir.